AUT.AZ

DÇ: 1/8 finalda cütlüklər bəlli oldu

Argentinada keçirilən gənclər arasında futbol üzrə dünya çempionatında 1/8 finalın bütün cütlükləri bəlli olub.

Aut.az xəbər verir ki, turnirin qrup mərhələsinin nəticələrinə əsasən 1/8 finalda bu komandalar üz-üzə gələcək:

ABŞ – Yeni Zelandiya;

Özbəkistan – İsrail;

Braziliya – Tunis;

Kolumbiya – Slovakiya;

Argentina – Nigeriya;

İngiltərə – İtaliya;

Qambiya – Uruqvay;

Ekvador – Cənubi Koreya.

Final qarşılaşması iyunun 11-də baş tutacaq. Hazırkı dünya çempionu 2019-cu ildə turnirin qalibi olan Ukraynadır. 2021-ci ildə dünya çempionatı pandemiya səbəbindən keçirilməyib.

Aut.az

Exit mobile version