AUT.AZ

Boksun seks-simvolu etiraf etdi: Onunla evlənərdim

Ağır çəkidə IBF üzrə dünya çempionu Ebany Brices (9-1, 4 KO) sosial şəbəkələrdə pərəstişkarları ilə ünsiyyətdə olarkən maraqlı etiraf edib.

Aut.az xəbər verir ki, o, üç çəki dərəcəsində keçmiş çempion Vasili Lomaçenko (17-3, 11 KO) ilə ailə qurmaq istədiyini deyib.

“Lomaçenko, Heyni və Davis. Bunlardan hansı ilə evlənərdin?” sualına Brices belə cavab verib:

“Bu haqda nə düşünəcəyimi bilmirəm. Amma mən Lomaçenko ilə evlənmək istərdim. Deyəsən, o, ər roluna digərlərindən daha uyğundur”.

Aut.az

Exit mobile version