AUT.AZ

14 ildən sonra Çempionlar Liqasından kənarda qaldı

Niderland çempionatında 2022-2023 mövsümü yekunlaşıb.

Aut.az xəbər verir ki, “Feyenord” 32-ci turda çempionluğu rəsmiləşdirdiyindən, komandanın Çempionlar Liqasında oynayacağı dəqiq idi. Son 2 turda isə əsas mübarizə PSV və “Ayaks” arasında gedib. Nəticədə, çempionatı 75 xalla başa vuran PSV Çempionlar Liqasının təsnifat mərhəsləsində oynayacaq.

“Ayaks” isə 2009-cu ildən bəri ilk dəfədir ki, Avropanın ən böyük klub turnirindən kənarda qalıb. Komanda son turda “Tvente”yə uduzmaqla yoluna Avropa Liqasında davam edəcək. Ölkəni Konfrans Liqasında isə AZ Alkmaar təmsil edəcək.

Exit mobile version