AUT.AZ

Şükür edir, inanır ki, o, hələ 10 il də qalacaq

“Atletiko”nun prezidenti Enrike Sereso baş məşqçi Dieqo Simeone ilə əməkdaşlığın davam etdiriləcəyinə inandığını  bildirib.

Simeonenin Madrid klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

“O vaxtı işlər yaxşı getmirdi, ona görə də Simeoneni tapdığımız üçün şükür etməliyik. “Atletiko”dan əvvəl o, İtaliya və Argentinada çalışıb, ona görə də bu, bizim üçün risk idi. Amma biz bunda heç bir risk görmədik, Simonenin bunun öhdəsindən gələcəyinə 100% əmin idik.

Artıq 11 il keçib. Avropada, xüsusən də İspaniyada bir komanda ilə bu qədər uzun müddət işləmək çətindir. Onun bəxti gətirib ki, zəhməti kuboklarla mükafatlandırılıb. O, həmişəlik klub tarixinə düşəcək.

Dieqo “Ateltiko”da özü ayrılmaq istəyənə qədər işləyəcək. Ümid edirəm ki, bu, yalnız 10 ildən sonra baş verəcək”, – “Diario As” Seresodan sitat gətirib.

Aut.az

Exit mobile version