AUT.AZ

Millimiz Avstriyada 14-cü oldu

Cüdo üzrə Azərbaycan yığması Linzdə (Avstriya) keçirilən Qran-Pri turnirinin ümumi hesabında 14-cü yeri tutub.

Aut.az xəbər verir ki, komandamız üç medal qazanıb. Kamran Süleymanov (66 kq) və Rəşid Məmmədəliyev (73 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc mükafata sahib çıxıb.

 

Birinci yeri Yaponiya (3-1-2), ikinci yeri Almaniya (1-3-1), üçüncü pilləni isə Fransa (1-2-1) tutub.

Exit mobile version