AUT.AZ

Messi ona çatdı

PSJ və Argentina millisinin hücumçusu Lionel Messi futbolda ən çox titul qazanan “Barselona”dakı sabiq komanda yoldaşı Dani Alvesin rekordunu təkrarlayıb.

Mayın 27-də PSJ Messinin qolu sayəsində Liqa 1-in 37-ci turunda “Strasburq”la heç-heçə edib (1:1) və 11-ci dəfə Fransa çempionu olub.

Messi üçün bu kubok onun karyerasında 43-cü olub. Bu göstəriciyə görə argentinalı hələ də tarixin ən titullu futbolçusu sayılan braziliyalı müdafiəçi Dani Alvesə çatıb.

Qeyd edək ki, Alveş zorlama ittihamı ilə həbs olunub.

Aut.az

Exit mobile version