AUT.AZ

Məvacibin azaldılmasına razıdır, təki ora qayıtmasın

“İnter”in hücumçusu Romelu Lukaku gələn mövsüm də klubda qalmaq istəyir.

Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb. Hücumçunun Milan klubu ilə icarə müqaviləsi yayda başa çatır və o, “Çelsi”yə qayıtmalı olacaq.

Lakin Lukaku bunu istəmir. Qeyd olunur ki, futbolçu növbəti mövsümdə “İnter”də qalmaq üçün hazırda 11 milyon avro olan maaşını azaltmağa hazırdır.

Klublar, Çempionlar Liqasının finalından sonra Lukakunun yenidən icarəyə verilməsini müzakirə edəcəklər.

Aut.az

Exit mobile version