AUT.AZ

Türkiyə klubunda yeni baş məşqçi

Türkiyənin “Qaziantep” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Aut.az xəbər verir ki, bu posta Erdal Günəş təyin olunub.

Super Liqa təmsilçisi 41 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayıb.

Erdal Günəş bu vaxta qədər “Qaziantep”də məşqçi kimi fəaliyyət göstərirdi. O, Erol Bulutun istefasından sonra müvəqqəti olaraq əsas komandaya rəhbərlik etməyə başlamışdı.

Xatırladaq ki, “Qaziantep” Türkiyədəki dəhşətli zəlzələdən sonra Super Liqadan çəkilib. Lakin bu komanda növbəti mövsümdən elitadakı çıxışını davam etdirə biləcək.

Exit mobile version