AUT.AZ

Təsirli müraciət: Kiminsə ürəyi qaradırsa…

“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba “Real”ın oyunçusu Vinisiusla bağlı yaranan irqçi qalmaqala münasibət bildirib.

Aut.az xəbər verir ki, Poqba sosial şəbəkədə braziliyalının fotosunu yerləşdirərək yazıb:

“Bizi kim qoruyur? Bu, ilk dəfə deyil və sonuncu da olmayacaq. Ancaq bunun təkrarlanmasına imkan verməməliyik. Biz bununla bağlı xeyli hadisə ilə üzləşmişik, amma məncə, o vaxtdan bəri heç nə dəyişmədiyi ilə razılaşarsınız.

Banan, heyvan səslərinin təqlidi, bizə qarşı mahnılar… Ruhi xəstəlikdir və məncə, razılaşarsınız ki, nə maarifləndirmə, nə də ictimai qınaq bu insanları dəyişməyəcək. Bir şey dəqiqdir, kiminsə ürəyi qaradırsa, ona heç nə etmək olmaz.

Əgər təşkilatçılar real həll yolu tapmaq istəmirlərsə, gəlin bunu özümüz özümüzə etməyə çalışaq. Vinni, mən səni tam dəstəkləyirəm, qardaş”.

Aut.az

 

Exit mobile version