AUT.AZ

Səfirliyin qarşısında etiraz

Braziliyada Vinisius Juniora qarşı irqçi təhqirlərlə bağlı etiraz aksiyaları keçirilib.

Aut.az xəbər verir ki, cümə axşamı Rio-de-Janeyronun mərkəzində və İspaniyanın Braziliyadakı səfirliyi qarşısında “Real”ın və Braziliya millisinin oyunçusu ilə həmrəylik aksiyası baş tutub.

Aksiyada müxtəlif hüquq müdafiəçiləri və ictimai təşkilatlar iştirak ediblər. Birləşmiş Qaradərli Hərəkat, Qaradərili Jurnalistlərin Müxtəliflik Şəbəkəsi, İrqi Bərabərlik üzrə Jurnalistlərin Komissiyası, Qaradərililərin Hüquqları üzrə Şəhər Şurası, Qaradərililərin Bərabərlik Alyansı, “Favela” Xalq Hərəkatı və Demokratiya Hərəkatı aksiyada İspaniyada baş verənlərə etiraz ediblər.

Xatırladaq ki, “Valensiya” ilə qarşılaşmada Vinisius irqçi təhqirlərə məruz qalmışdı.

Aut.az

Exit mobile version