AUT.AZ

Premyer Liqa elan etdi: Mövsümün ən yaxşısı odur

İngiltərə Premyer Liqası (APL) “Mançester Siti”nin hücumçusu Erlinq Haalandı 2022/2023 mövsümünün ən yaxşı oyunçusu elan edib.

Aut.az xəbər verir ki, Haaland mükafatı Premyer Liqanın 20 klub kapitanının və futbol ekspertlərindən ibarət heyətin səsverməsi əsasında alıb.

Norveçli hücumçu Kevin De Bruyne (Mançester Siti), Harri Keyn (“Tottenhem”), Martin Odeqor Bukayo Saka (hər ikisi Arsenal), Markus Reşford (Mançester Yunayted) və Kiran Trippieri (“Nyukasl”) geridə qoyub.

22 yaşlı Haaland bu mövsüm Premyer Liqada 35 oyuna çıxıb, 36 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Norveçli hücumçu “Mançester Siti”nin vaxtından əvvəl İngiltərə çempionu olmasına kömək edib.

Aut.az

Exit mobile version