AUT.AZ

Həmvətənlərinə insanlıq dərsi keçdi: İngilislərdən öyrənin

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Valensiya” ilə oyunda “Real”ın vingeri Vinisius Juniora qarşı irqçi təhqirlərə münasibət bildirib.

“La Liqa Premyer Liqadan öyrənməlidir. İngiltərədə hamı irqçiliyə qarşı çox sərtdir. Burada nə edəcəklərini bilirlər. Bu problem hər yerdədir – insanlar qonşusundan, başqalarından daha yaxşı olduqlarını düşünəndə belə olur. Bu, dünyanın bütün nəsillərinə aiddir. Bizim əcdadlarımız miqrantlardan, döyüşçülərdən, diktatorlardan törəyib. Onlar öz ölkələrindən uzaq səfərlərə getməyə, orada ailələr yaratmağa və doğulduqları yerə qayıtmağa məcbur olublar.

Problem ondadır ki, irqçilik hər yerdədir. İnsanlar elə bilirlər ki, onların dili, ölkəsi başqasından yaxşıdır.

İnsan olaraq müxtəlifliyi qəbul etməliyik, amma indi bundan çox uzağıq. Ümid edirəm ki, İspaniyada işlər yaxşılaşacaq, lakin mən bu məsələdə optimist olmaq fikrindən uzağam. Ümid edirəm ki, ədalət zəfər çalacaq”, – “Manchester Evening News” Qvardioladan sitat gətirib.

Aut.az

Exit mobile version