AUT.AZ

DÇ-də sensasiya davam edir: Finalçılar bəlli oldu

Xokkey üzrə dünya çempionatında finalçılar bəlli olub.

Aut.az xəbər verir ki, ilk yarımfinal qarşılaşmasında Kanada və Latviya üz-üzə gəlib. Gərgin oyundan Kanada qalib ayrılıb – 4:2.

İkinci yarımfinal oyununda mübarizə daha dramatik alınıb.

ABŞ-Almaniya oyununun əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb və qalib overtaymda bəlli olub. Almaniya 4:3 hesabı ilə qələbə qazanıb.

Almanların finala adlaması sensasiya hesab olunur. Final oyunu mayın 28-də keçiriləcək.

Aut.az

Exit mobile version