AUT.AZ

Daha bir zərbə UEFA-dan gəlir

UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdıra bilər.

Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb. Bildirilib ki, UEFA “Yuventus”un hələ də Super Liqa layihəsindən imtina etməsini gözləyir. Bundan başqa, Turin təmsilçisinin yeni rəhbərləri UEFA-nın preizdenti Aleksandr Çeferinlə əlaqə saxlamır.

“Yuventus”un avrokuboklarda taleyinə təsir edə biləcək digər mühüm amil maliyyə saxtakarlığıdır. Klubun maliyyə feyr pleyi qaydalarına riayət etməsində ciddi problemləri var.

Qeyd edək ki, maliyyə hesabatlarının saxtalaşdırılması səbəbindən İtaliyanın Federal Apellyasiya Məhkəməsi “Yuventus”un A seriyasında 10 xalının silinməsinə qərar verib. Nəticədə komanda turnir cədvəlində 2-ci pillədən 7-ci yerə enib.

Exit mobile version