AUT.AZ

Bu puldan kim imtina edər? – Qalır və 90 milyon bonus alır

PSJ-nin hücumçusu Kilian Mbappe yay transfer pəncərəsindən sonra klubda qalsa, 90 milyon avro bonus alacaq.

Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, parislilərin narahat olacağı heç nə yoxdur. Fransız layihənin istiqamətindən çox razıdır və ayrılmaq fikri yoxdur.

Daha əvvəl məlum olmuşdu ki, Mbappe 2024/2025 mövsümü üçün PSJ ilə müqavilənin avtomatik uzadılması variantını aktivləşdirməyib ki, bu da hücumçunun 2024-cü ilin iyununda azad agent olmasına imkan verəcək.

Yayılan şayiələr hücumçunun “Real”a mümkün keçidi ilə fəal şəkildə əlaqələndirilirdi.

24 yaşlı fransız bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 40 oyuna çıxıb, 38 qol vurub və 9 məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalına görə, futbolçunun təxmini dəyəri 180 milyon avrodur.

Aut.az

Exit mobile version