AUT.AZ

“Bavariya” öldü-dirildi, çempion oldu

Bundesliqada mövsümə yekun vurulub.

Aut.az xəbər verir ki, son tura lider kimi daxil olan “Borussiya” çempion ola bilməyib. Dortmund klubu öz meydanında “Maynts”a qalib gələ bilməyib – 2:2.

“Bavariya” isə bu fürsəti əldən verməyib. Münhen nəhəngi səfərdə “Köln”ə son dəqiqələrdə vurduğu qolla qalib gələrək çempion olub. Bundesliqanı “Şalke” və “Herta” tərk edib.

“Ştutqart” elitada yerini qorumaq üçün pley-off matçına çıxacaq.

Aut.az

 

 

Exit mobile version