AUT.AZ

27 ildən sonra onlar da qayıtdı

Mayın 27-də “Uembli”də “Koventri Siti” və “Luton Taun” arasında İngiltərə Premyer Liqasına çıxmaq üçün Çempionşipin pley-off mərhələsinin finalı keçirilib.

Hesabı 23-cü dəqiqədə “Luton”un yarımmüdafiəçisi Cordan Klark açıb. “Koventri” 66-cı dəqiqədə yarımmüdafiəçi Qustavo Hamerin qolu sayəsində hesabda tarazlıq yaradıb.

Əsas və əlavə vaxtda hesab dəyişməyib. Penalti seriyasında isə “Luton” qalib gəlib – 6:5. Beləliklə, komanda 1996-cı ildən sonra ilk dəfə Premyer Liqaya yüksəlib. Elitaya vəsiqə qazanan digər iki komanda isə “Bernli” və “Şeffild Yunayted” olub.

Aut.az

Exit mobile version