“Arsenal” 2023/2024 mövsümü üçün yeni ev formasını təqdim edib.
Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib. Yeni formalar İngiltərə Premyer Liqasında məğlubiyyətsiz mövsümün 20-ci ildönümünə həsr olunub.
“Yeni formamız 2003/04 mövsümünün “Məğlubedilməzlər” ruhuna əsaslanır və Premyer Liqadakı məğlubiyyətsiz mövsümümüzün 20-ci ildönümünə həsr olunur” – klubun açıqlamasında deyilir.
Qeyd olunur ki, bu formadan ilk dəfə olaraq qadınlardan ibarət komanda mayın 27-də “Aston Villa” ilə qarşılaşanda istifadə edəcək.
Kişilərdən ibarət komanda yeni formanı mayın 28-də Premyer Liqanın son turunda “Vulverhempton”la oyunda geyinəcək.
Aut.az