AUT.AZ

Yaxın günlərdə “bomba”nı partladacaqlar

“Real” yayın ilk transfer bombasını partlatmaq üzrədir.

Aut.az xəbər verir ki, “qalaktikos” Dortmund “Borussiya”sının 19 yaşlı ulduzu Cud Bellinqemin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə Fabritsio Romano məlumat yayıb.

O bildirir ki, tərəflərin apardığı danışıqlar müsbət yöndə gedir. Yekun görüş gələn həftə Dortmundda baş tutacaq.

“Real”ın bu keçid üçün Almaniya klubuna 100 milyon avro və müxtəlif bonuslar ödəyəcəyi diqqətə çatdırılıb. Futbolçu isə 6 illik müqaviləyə imza atılacaq. Onun nə qədər məvacib alacağına isə növbəti həftə aydınlıq gələcək.

Exit mobile version