AUT.AZ

Xanım boksçumuz bürünc medal qazandı

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə yarımfinal mərhələsinin döyüşləri keçirilib.

Aut.az xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin 1 idmançısı rinqə çıxıb.

66 kq çəkidə Şəhla Allahverdiyeva fransalı Fatia Benmessahellə üz-üzə gəlib. Həlledici döyüşə rəqib yüksəldiyindən təmsilçimiz bürünc medalla kifayətlənib.

Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.

Exit mobile version