AUT.AZ

Vaci 8 dəqiqəyə dubl etdi

Bu gün Fransa Liqa-2-də 37-ci tura start verilib.

Aut.az xəbər verir ki, “Sent- Etyen” səfərdə “Kan”la qarşılaşır. Hazırda oyunda ilk hissənin son dəqiqələri gedir və “Sent-Etyen” 2:0 hesabı ilə öndədir.

Hər iki qolu “Qarabağ”ın sabiq hücumçusu İbrahima Vaci vurub. Vaci cəmisi 8 dəqiqə ərzində dubl edib.

O, 16-cı və 24-cü dəqiqədə fərqlənib.

Vaci mövsümdə 12-ci qolunu vurub. Onun hesabında 4 məhsuldar ötürmə də var.

Aut.az

Exit mobile version