AUT.AZ

Ulduz futbolçu ofisiant işləyir – VİDEO

“Liverpul”un ulduz futbolçusu Vircil van Dayk maraqlı görüntülərlə gündəmə gəlib.

Aut.az xəbər verir ki, niderlanlı müdafiəçi “McDonald’s”da müştərilərə xidmət edərkən görüntülənib. O, bunu səbəbsiz etməyib

İmkansız və həyat şərtləri uyğun olmadığı üçün futbolla məşğul ola bilməyən uşaqlara dəstək məqsədiylə sözügedən restoranın təşkil etdiyi layihədə iştirakçı olduğu üçün bu addımı atıb. Van Dayk bu məqsədlə “McDonald’s”a aparılan azyaşlılara xidmət edib. O, şəbəkənin “Əyləncəli Futbol” proqramı çərçivəsində uşaqlara futbol məşqi də keçib.

Bu, Vircilin ilk belə addımı deyil. O, daha öncə layihə çərçivəsində azyaşlılara kitablar oxuyub.

 

Exit mobile version