AUT.AZ

Səlahiyyət verilsə, irqçiliyin kökünü 6 aya kəsər

İspaniya La Liqasının prezidenti Xavyer Tebas turnirin rəhbərliyinin irqçiliklə mübarizə üçün daha çox səlahiyyətlərə ehtiyacı olduğunu deyib.

“Bizim istədiyimiz tək şey irqçiliklə mübarizə üçün daha çox səlahiyyətdir. Biz əminik ki, belə bir güclə problem bir neçə ay ərzində həllini tapardı.

Biz qanuna uyğun hərəkət edirik və düşünürəm ki, altı aydan sonra problem aradan qalxacaq və dünyanın ən yaxşı liqasına çevriləcəyik. Bu dözülməz davranışla – irqçilik, homofobiya ilə mübarizə aparmaq üçün dəstəyə ehtiyacımız var.

Niyə belə deyirəm? Biz iqtisadi nəzarəti təmin edə bilmişik ki, klublarımız müflis olmasın, ona görə də bizə səlahiyyət verilsə, buna son qoya bilərik, çünki bu, maliyyə nəzarətindən asandır.

Hökumət başçısına irqçilik, ksenofobiya və dözümsüzlük əleyhinə qanunun təcili dəyişdirilməsi və İspaniya Futbol Federasiyasından bizə səlahiyyət verilməsi tələbi ilə müraciət göndəriləcək”, – deyə “Sky Sports” Tebasın xüsusi mətbuat konfransından sitat gətirib.

Aut.az

 

Exit mobile version