AUT.AZ

Ramos PSJ-nin təklifinə cavab verdi

PSJ-nin futbolçusu Serxio Ramosun klubdakı taleyinə aydınlıq gəlib.

Aut.az xəbər verir ki, İspaniyalı müdafiəçi Paris təmsilçisinin yeni müqavilə təklifinə cavab verib. O, hazırkı sözləşmənin müddətini uzatmaqdan imtina edib.

Hazırda PSJ-də illik 12 milyon avro məvacib alan Ramos maaşının iki dəfə azldılmasına razı olmayıb. 37 yaşlı futbolçu bu səbəbdən gələcək təklifləri dəyərləndirməyi düşünür.

Qeyd edək ki, 2021-ci ilin iyul ayında PSJ-yə keçən Ramosun klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Exit mobile version