AUT.AZ

“Qarabağ”ın rəsmiləri Mətbuat Şurasının qonağı oldu

“Qarabağ”ın direktoru Emrah Çelikel və baş menecer Asif Əsgərov Azərbaycan Mətbuat Şurasının (MŞ) qonağı olub.

Aut.az xəbər verir ki, “atlılar”ın direktoru MŞ sədri Rəşad Məcidə dəvətə görə təşəkkürünü bildirib:

“Dəvətə görə təşəkkür edirik. “Qarabağ” FK mətbuata daim həssas yanaşıb. Media nümayəndələri ilə klubumuz arasında dostluq münasibətləri ilə olub və bundan sonra da davam edəcək. Mətbuat Şurasının rəhbərliyinə media ilə bağlı məsələlərdə göstərdiyi dəstəyə və həssas yanaşmaya görə də təşəkkür edirik”.

MŞ sədri Rəşad Məcid klubun rəsmilərinə minnətdarlıq edib və “Qarabağ”ın uğurlarına həmişə sevindiyini vurğulayıb.

Exit mobile version