AUT.AZ

“Qarabağ”ın oyununa giriş pulsuz olacaq

“Qarabağ” Azərbaycan Premyer Liqasının 36-cı turunda “Azersun Arena”da “Turan Tovuz”u qəbul edəcək.

Aut.az xəbər verir ki, Müstəqillik Günü münasibətilə mayın 28-də keçiriləcək mövsümün sonuncu oyununa giriş pulsuzdur. Bu matçdan dərhal sonra “Qarabağ”a çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.

Bu qarşılaşma üçün yalnız VIP biletlər satışda olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Turan Tovuz” qarşılaşması saat 19:30-da start götürəcək.

Exit mobile version