AUT.AZ

PSJ-dən Messi ilə bağlı gözlənilməz gediş

PSJ mövsümü sonunda müqaviləsi bitəcək Lionel Messi barədə qərar verib.

Aut.az xəbər verir ki, Paris klubu dünya çempionunu komandada saxlamaq istəyir. Bu barədə jurnalist Fransua Qallardo sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, PSJ rəhbərliyi 36 yaşlı hücumçuya 1+1 illik təklif etməyə hazırdır. Yeni sözləşməyə əsasən, Messi bir mövsümdə 100 milyon avro məvacib alacaq.

Argentina millisinin üzvünün xidmətində “Əl-Əhli” və “Barselona” da maraqlıdır.

Qeyd edək ki, Leo cari mövsüm PSJ forması ilə bütün turnirlərdə 39 matça çıxıb, 20 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Exit mobile version