AUT.AZ

Orada 4 il həbsxanada olub

Fransa millisinin heyətində 2018-ci ilin dünya çempionu, “Lecce”nin müdafiəçisi Samuel Umtiti “Barselona”dakı karyerası haqda danışıb.

Futbolçu 2016-cı ildə Kataloniya klubuna keçib və hazırda icarə əsasında “Leççe”də çıxış edir. Onun “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.

“Mənə lazım olan tək şey qiymət verildiyini, faydalı olduğumu və hörmət edildiyini hiss etmək idi. Kataloniyada dörd ili “həbsxanada” keçirdim: təkcə idman baxımından deyil, həm də gündəlik həyatda.

İspaniyaya köçəndən sonra ilk vaxtlar mənə qiymət verildiyini  hiss etdim və yaxşı səviyyədə oynadım. Sonra inamsızlıq hiss etməyə başladım, özümü pis hiss etdim və başa düşdüm ki, artıq mənə heç kim inanmır.

“Leççe”yə köçmək mənim üçün çağırış idi. Yaxşı bilirəm ki, burada aşağı liqadan xilas olmaq çempionluğu qazanmağa  bərabərdir. Burada yenidən gülümsəməyə başladım və buna görə kluba minnətdaram.

“Barselona” ilə müqaviləm? İtaliyada özümü rahat hiss edirəm. Yerli dili, yeməyi və dəbi çox sevirəm”, – Yumtiti Canal+ə bildirib.

Aut.az

Exit mobile version