AUT.AZ

Nağıyev oynadı?

Futbol üzrə Ukrayna Premyer Liqasında 28-ci turun oyunları keçirilib.
Aut.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Metallist”i qəbul edib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Nağıyev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“İnqulets” hazırda 28 xalla 16 kollektiv arasında 12-ci sırada qərarlaşıb.

Exit mobile version