AUT.AZ

Həmin adamdır, şakərini dəyişmir

Ağır çəkidə WBC kəmərinin sahibi Tayson Fyuri (33-0-1, 24 KO) WBA, WBO və IBF çempionu Aleksandr Usiklə (20-0, 13 KO) planlaşdırılan görüş haqda danışıb.

Aut.az xəbər verir ki, Fyuri yenə də şakərinə uyğun davranıb, atmacalı ifadələr işlədib:

“Usik nə vaxt istəsə, o vaxt da sifətinə yumruq vuracağam.

O, bütün böyük yumruqların sifətinə dəyəcəyini bildiyi üçün müqaviləni imzalamadı. İstərdim ki, o, müqavilə imzalasın və qorxaqlıqdan əl çəksin.

Amma bu mənim üçün çox asan döyüşdür. Onu altıncı raundda yerə sərəcəyəm. O da bunu yaxşı bilir.

Buna görə də Usik məndən qaçır”, – Fyuri YouTube kanalı “FightHype.com”a verdiyi müsahibədə deyib.

Aut.az

Exit mobile version