AUT.AZ

Göz doymur, onu da alırlar

“Çelsi”nin paltardəyişmə otağında yer olmasa da, yeni transferlər etməkdə israrlıdır. London klubu yayda heyəti gücləndirməyi hədəfləyir.

Aut.az xəbər verir ki, ingilislər “Sportinq”in dayaq yarımmüdafiəçisi Manuel Uqarteyə elçi düşüb. London klubu 22 yaşlı uruqvaylının keçidi üçün Portuqaliya təmsilçisi ilə danışıqlara başlayıb. Futbolçu ilə 6 illik müqavilə imzalamağı planlaşdıran “zadəganlar” qarşı tərəfə 65 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 2021-ci ildən “Sportinq”in şərəfini qoruyan Uqarte bir sıra aparıcı klubların transfer siyahısında yer alıb. PSJ və “Nyukasl” da onu heyətinə qatmağa çalışır.

Exit mobile version