AUT.AZ

Emin Mahmudov qəti qərar verdi: Kubokun finalından bir neçə gün sonra…

“Neftçi”nin futbolçusu Emin Mahmudovun gələcək karyerası ilə bağlı yekun qərarı verib.

Aut.az-ın əldə etdiyi məlumata görə, uzun müddətdir ailəsi ilə məsləhətləşmələr aparan 31 yaşlı yarımmüdafiəçi seçimini edib. Azərbaycan millisinin kapitanı övladlarını nəzərə alaraq riskə getmək istəməyib. O, Asiya ölkələrindən gələn təklifləri dəyərləndirməmək qərarına gəlib.

O, böyük ehtimalla “Neftçi” ilə mövsümün sonunda bitəcək müqaviləsini yeniləməyə hazırlaşır. “Ağ-qaralar”ın ona müddəti 2 il, dəyəri 700 min dollar olan sözləşmə təklifini nəzərdən keçirir.

Ailəsi Rusiyada yaşamaq istədiyindən, Mahmudov bu ölkənin Premyer Liqa klublarından da dəvət gözləyir. Ancaq bu, real hesab edilmir.

Yarımmüdafiəçi Azərbaycan kubokunun finalından bir neçə gün sonra yekun qərarını verməlidir. Çünki “Neftçi”nin onu gözləmək üçün elə də çox vaxtı yoxdur. Əks halda Emin çətin vəziyyətdə qala bilər.

Aut.az

Exit mobile version