AUT.AZ

Corcina Kannı gözəlliyi ilə Kannı da heyrətləndirdi – FOTO

Kann Film Festivalının onuncu günü də diqqətçəkən məqamlarla yadda qalıb.

Aut.az Publika.az-a istinadən xəbər verir ki, həmin axşam qonaqlar nəinki ilk dəfə yeni kino şedevrləri ilə tanış olmaq imkanı qazanıblar, həm də film icmalı çərçivəsində əsas sosial tədbirlərdə iştirak ediblər.

Festivalın onuncu günü ulduz qonaqlara iki yüksək səviyyəli premyera təqdim olunub, yapon-alman istehsalı ilə çəkilən “Gözəl günlər” filmi və Fransanın “Son yay” ekran əsəri.

Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez “Sonuncu yay” filminin qalasına qatılan məşhurlar arasında olub. Bir müddət əvvəl Səudiyyə Ərəbistanına köçdüyü üçün həyat və geyim tərzini kökündən dəyişdirməli olan Corcina dərin dekolte və yarıqlı libaslardan imtina etmək məcburiyyətində qalıb. Ancaq Kannın öz qanunları var. Odur ki, futbolçunun sevgilisi kürək dekolteli ziyafət libası ilə gecə boyu göz qamaşdırıb.

Gecənin qonaqları arasında həmçinin Poppi Delevin, Bri Larson, Ketrin Lenqford, Şanina Şeyk, Endi Makdauel və başqaları olub.

 

Exit mobile version