AUT.AZ

Bu xanım Mourinyonun saqqızını oğurlaya biləcək? – FOTO

“Roma”nın baş məşqçisi Joze Mourinyunun gələcək taleyinə mövsümün sonunda aydınlıq gələcək.

Aut.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin iyunun ilk günlərində, klubun baş direktoru Lina Souloukou ilə görüşdə aydınlıq gələcək. Bu barədə “Calcio Mercato” məlumat yayıb.

Yunanıstanlı xanım funksioner “canavarlar”ın transfer siyasətindən narazı olan Mourinyonu komandada qalmaq üçün yola gətirməyə çalışacaq. Joze vəziyyət dəyişməyəcəyi halda gələcək təklifləri dəyərləndirə bilər. Onun xidmətində PSJ və “Əl-Nəsr” maraqlıdır.

Qeyd edək ki, 60 yaşlı mütəxəssis 2021-ci ilin yayından “Roma”nı çalışdırır. O, geridə qalan müddətdə təşkil edilən ilk Konfrans Liqasının qalibi olub. Bu mövsüm isə rəhbərlik etdiyi komanda Avropa Liqasının finalına vəsiqə qazanıb. İtaliya təmsilçisi mayın 31-də keçiriləcək həlledici görüşdə “Sevilya” ilə qarşılaşacaq.

Exit mobile version