AUT.AZ

“Beşiktaş”ın sabiq futbolçusu həbs olundu

“Barselona”nın və “Beşiktaş”ın sabiq müdafiəçisi Duqlas Santos Braziliyada həbs edilib.

Aut.az “Globo Esporte”a istinadən xəbər verir ki, Santos odlu silahdan qeyri-qanuni istifadəyə görə həbs edilib. Futbolçu gecə saatlarında şəhərdəki dayanacaqlardan birində havaya atəş açıb.

Duqlas Santos daha sonra silahı meşəlik ərazidə gizlədib. Silah hələ tapılmayıb, lakin oyunçunun özü atəş açdığını etiraf edib.

32 yaşlı futbolçu hazırda komandasızdır, onun son klubu “Beşiktaş” olub.

Aut.az

Exit mobile version