AUT.AZ

“Barsa”da ara qarışdı – Bu məsələdə razılığa gələ bilmirlər

“Barselona”da prezident Xuan Laporta ilə baş məşqçi Xavi arasındakı münasibətlər gərginləşib.

Aut.az xəbər verir ki, buna səbəb transfer məsələləridir. Serxio Busketsin komandadan ayrılmasından sonra onun mövqeyini təcili şəkildə doldurmaq lazım gəlir. Təcrübəli dayaq yarımmüdafiəçisini yerinə həm prezidentin, həm də baş məşqçinin ayrı planları var.

Məlum olub ki, Laporta “Vulverhempton”da çıxış edən Ruben Nevesi transfer etməkdə maraqlıdır. 26 yaşlı portuqaliyalı yarımmüdafiəçi prezidentin sevimli futbolçularındandır.

Xavinin planı isə tamam başqadır. Çalışdırıcı “Real Soseydad”da çıxış edən Martin Subimendini ixtiyarında görmək istəyir. O, 24 yaşlı futbolçunun daha böyük potensialının olduğunu düşünür.

Nəticədə baş məşqçi ilə klub prezidenti arasında fikir ayrılığı yaranıb. Tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Bu vəziyyətin “Barselona”da gərginlik yaratdığı bildirilir.

Exit mobile version