AUT.AZ

Arvadı azarkeşlə əsəbiləşdi: Kəs səsini, axmaq

“Yuventus”un hücumçusu Anxel Di Marianın həyat yoldaşı Corcelina Kardoso azarkeşi təhqir edib.

Bu yaxınlarda “ Empoli” ilə matçından sonra “qoca sinyora”nın azarkeşlərindən biri sosial şəbəkədə Anxel Di Marianı tənqid edib. “Yuventus”un futbolçusunun həyat yoldaşı bu tənqidə cavab verib. O, məğlubiyyətin məsuliyyətinin baş məşqçi Massimiliano Alleqrinin üzərinə düşdüyünə eyham vurub.

“O, məşqçi deyil və komandanı oyunlara hazırlamır, müdafiədə oturmağa üstünlük vermir.

Kəs səsini, sən axmaqsan, yoxsa bunu etmək üçün sənə pul verilir? – Corcelina Kardoso yazıb.

Qeyd edək ki, mayın 22-də keçirilən oyunda “Yuventus” “Empoli”yə məğlub olub – 1:4.

Aut.az

 

 

 

Exit mobile version