AUT.AZ

Agentlərə ödənilən milyonlar – SİYAHI

İngiltərə Premyer Liqasında çıxış edən klublarının 2022-ci il fevralın 1-dən 2023-cü il yanvarın 31-dək transfer əməliyyatlarına görə agentlərə və ya agentliklərə etdikləri ödənişlər məlum olub.

Aut.az xəbər verir ki, ötən ilin yay transfer pəncərəsi və bu ilin qış transfer pəncərəsini əhatə edən dövrdə dumanlı albion təmsilçiləri 318,2 milyon funtdan çox məbləğ (təqribən 365,56 milyon avro) ödəyiblər. Bu barədə İngiltərə Futbol Federasiyasının açıqladığı hesabatda məlumat verilib.

Siyahının birinci pilləsində “Mançester Siti” qərarlaşıb. “Şəhərlilər” sözügedən müddətdə agentlərə 51,5 milyon funtdan çox vəsait ödəyiblər. Siyahının ikinci sırasında bu dövrdə keçidlərə yüz milyonlar xərcləyən “Çelsi” qərarlaşıb. “Zadəganlar” futbolçuların keçidlərinə görə 43,16 milyon funt strelinq ödəniş edib.

Exit mobile version