AUT.AZ

8 aylıq sıradan çıxdı

Aut.az xəbər verir ki, o, La Liqanın 36-cı turunda səfərdə “Betis”ə 1:0 hesabıyla qalib gəldikləri matçda ağır zədə alıb.

Start heyətdə meydana çıxan futbolçu 7-ci dəqiqədə zədələnərək əvəzlənmək məcburiyyətində qalıb. Müayinələrdən sonra türk hücumçunun zədəsinin ciddi olduğu məlum olub. Ünalın sağ dizinin çarpaz bağları qırılıb.

26 yaşlı forvard tezliklə əməliyyat olunacaq. Ünalın 6-8 ay müddətində yaşıl meydanlardan kənarda qalması gözlənilir.

Ünal cari mövsümdə La Liqa və İspaniya kubokunda cəmi 38 oyunda meydana çıxıb, 15 qola imza atıb.

Exit mobile version