AUT.AZ

Əsas rəqibi məğlub edən komandaya 150 min ödədilər

Ukrayna çempionatının lideri “Şaxtyor” “Vorskla”ya 150 min dollar verib.

Aut.az xəbər verir ki, “Vorskl”a bu məbləği çempionluq mübarizəsində “Şaxtyor”un əsas rəqibi olan “Dnepr-1”-i məğlub etdiyi (2:1) üçün alıb.

Bu barədə məlumatı “Ta To Take” yayıb.  Poltava komandası 2:1 hesabı ilə qalib gələrək, “Şaxtyor”u çempionluğa mümkün qədər yaxınlaşdırıb. İqor Yoviçeviçin yetirmələri sona iki oyun qalmış “Dnepr-1”i 5 xal qabaqlayır.

Əvvəllər bildirilirdi ki, “Şaxtyor” əsas rəqibi məğlub edən komandaya stimul olaraq 75 min dollar verir, lakin mövsümün sonuna yaxınlaşdıqca, məbləğ ikiqat artırılıb.

Aut.az

Exit mobile version