AUT.AZ

“Turan Tovuz”la oyunda qeyri-etik jest edən hücumçunun cəzası bilindi

“Səbail”in futbolçusu Qoba Zakpa “Turan Tovuz”la oyunda son dəqiqədə vurduğu qoldan sonra qeyri-etik hərəkət edib.

Aut.az xəbər verir ki, AFFA İntizam Komitəsi 30 yaşlı hücumçunu 3 oyunluq diskvalifikasiya edib. “Səbail” futbolçunun tərbiyəsiz jestinə görə 1600 manat məbləğində cərimələnib.

“Turan Tovuz” – “Səbail” oyunu 2:2 hesabıyla başa çatıb.

Exit mobile version