AUT.AZ

Təklif aldı: İki dəfə az məvacibə…

PSJ Serxio Ramosa klubla müqaviləni uzatmağı təklif edib.

37 yaşlı ispaniyalının Paris klubu ilə müqaviləsi iyunun 30-da başa çatır. “Marca”nın məlumatına görə, PSJ Ramosa əməkdaşlığı bir mövsüm uzatmağı təklif edib, lakin sabit maaşı 2 dəfə azaltmaq şərtilə.

Eyni zamanda, Ramos bu mövsüm aldığı pulu müxtəlif bonuslar vasitəsilə növbəti mövsümdə də almaq imkanı əldə edəcək. Müəyyən sayda oyuna, statistikaya və komandanın uğuruna görə əlavə bonuslar təklif olunur.

Məlumata görə, Ramos, PSJ-nin təklifi ilə kifayətlənməyib, digər komandalardan təklif gözləyir.

Aut.az

Exit mobile version