AUT.AZ

Satdıqlarına peşman olublar

Yeni mövsümün planlarını indidən qurmağa başlayan “Real” transfer fəaliyyətinə start verib.

Aut.az xəbər verir ki, Madrid təmsilçisi yayda heyətinə yeni sol cinah müdafiəçisi qatmaq istəyir. “Kral klubu”nun bu mövqe üçün əsas hədəfi “Milan”ın futbolçusu Teo Ernandesdi. “Qırmızı-qaralar” isə 25 yaşlı müdafiəçini toxunulmaz futbolçu hesab etdiklərindən, onu satmaq fikrində deyillər.

Fransa millisinin üzvü 2017-2019-cu illərdə “Real”da çıxış edib. “Milan”a da La Liqa təmsilçisindən 22,8 milyon avroya transfer olunub. Onun hazırkı transfer dəyəri 60 milyon avrodur.

Exit mobile version