AUT.AZ

PSJ onun izində, o da “Real” həvəsində

PSJ Xabi Alonsonu baş məşqçi postuna gətirmək istəyir.

Aut.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb. Bildirilir ki, PSJ-nin nümayəndələri artıq “Bayer”in məşqçisi ilə ilk təması yaradıblar.

Bununla belə, PSJ-nin qarşısında iki maneə var.

Birincisi, Alonso Karlo Ançelottini “Real”da əvəzləmək istəyir. İkincisi, “Bayer” Alonso ilə müqaviləni uzatmaq niyyətindədir.

Aut.az

Exit mobile version