AUT.AZ

Prezident üzr istədi: Niyyətim bu deyildi

Xavyer Tebas Vinisius Junior haqqında yazdığı tvitlərə görə üzr istəyib.

Aut.az xəbər verir ki, “Real”ın vingeri “Valensiya” ilə matçda irqçi təhqirlərə məruz qaldıqdan sonra La Liqanı tənqid etmişdi.

Liqanın rəhbəri Xavyer Tebas, Vinisiusa cavab verərək bildirmişdi ki, o, La Liqaya tövsiyə verəcək səviyyəyə yüksəlməyib.

Tebas daha sonra bir tvit də yazaraq, La Liqanın imicinə xələl gətirməyin yolverilməz olduğunu bildirib.

“PR komandama dedim ki, bir çox insanlar mesajı fərqli şəkildə başa düşməkdə ​haqlıdırlar. Ona görə də üzr istəməliyəm.

Düşünürəm ki, mənim verdiyim mesaj və niyyət insanların çoxu tərəfindən, xüsusən də Braziliyada başa düşülmədi. Vinisiusa hücum etmək fikrində deyildim, amma insanların çoxu bunu belə başa düşdüsə, mən üzr istəməliyəm.

Mənim niyyətim bu deyildi, sadəcə bunu uyğun vaxtda demədim. Amma Vinisiusa hücum etmək fikrim yox idi, daha çox vəziyyəti aydınlaşdırmaq istəyirdim. Çünki Vinisius La Liqanı  tənqid edən video yaymışdı.

Bəziləri mənim irqçi olduğumu düşünürlər ki, bu, reallıqdan uzaqdır. Daha əvvəl dediyim kimi, irqçi təhqirlərə yol verən insanlardan şikayət edirik. Bunu futbolda irqçiliyin olmasını istəmədiyimiz üçün edirik.

Mənim üçün Vinisius “Real”ın, İspaniya futbolunun sərvətidir. Onun bizimlə qalmasını istəyirik”, – Tebas deyib.

Aut.az

Exit mobile version