AUT.AZ

Parisdən siqnal aldı, Münhendə danışığı dayandırdı

“Bavariya”nın fransalı müdafiəçisi Lukas Hernandes klubu ilə yeni müqavilə ilə bağlı danışıqlara ara verib.

Aut.az xəbər verir ki, Hernandesin bunu Fransa PSJ-sinə mümkün transferi ilə bağlı etdiyi güman olunur.

Parislilər Serxio Ramos və Presnel Kimpembaya əvəzləyici tapmaq niyyətindədirlər. Klub artıq “İnter”dən Milan Şkrinyarın transferi ilə bağlı razılığa gəlib. İndi Lukas Hernandesə maraq göstərirlər.

27 yaşlı Lukas Hernandesin “Bavariya” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Aut.az

Exit mobile version