AUT.AZ

Mourinyodan etiraf: “Tottenhem” yeganə klubdur ki…

“Roma”nın baş məşqçisi Joze Mourinyo etiraf edib ki, “Tottenhem”lə heç bir əlaqəsi yoxdur.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “Tvitter”də yazıb:

“Tottenhem” yaxın münasibətim olmayan yeganə klubdur. Yəqin, bu onunla bağlıdır ki, Covid zamanı stadion boş idi və prezident Levi mənə finalda oynamağa, titul qazanmağa icazə vermədi. Amma bu, mənim həyatımda yeganə belə klubdur”.

Mourinyo 2019-2021-ci illərdə “Tottenhem”də çalışıb. Portuqaliyalı “Mançester Siti” ilə Liqa Kubokunun finalına bir neçə gün qalmış qovulub. Bu, 2002-ci ildən bəri ilk dəfə idi ki, Mourinyo heç bir titul qazanmadan bir klubu tərk edirdi.

Aut.az  

Exit mobile version