Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Aut.az xəbər verir ki, toplantıda Premyer Liqanın XXXV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sabah” – “Zirə” oyunu bitdikdən sonra meydançaya və komandalar olan dəhlizə akkreditasiyası olmayan şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 49.6);
“Şamaxı” – “Qəbələ” oyunu bitdikdən sonra “Qəbələ” klubunun meneceri Rasim Ramaldanova verilən birbaşa qırmızı vərəqə qərarı ləğv edilir (maddə 18.2.);
“Şamaxı” – “Qəbələ” oyunu bitdikdən sonra tribunanın “Qəbələ” klubuna aid hissəsindən meydançaya kənar əşya atıldığına görə “Qəbələ” klubu 1600 manat cərimə edilir (maddə 51.1);