AUT.AZ

İttiham: Oyun satıblar

34-cü turda La Liqa çempionluğunu rəsmiləşdirən “Barselona” son iki oyunda məğlub olub.

Aut.az xəbər verir ki, ötən həftə “Real Soseydad”a uduzan Kataloniya təmsilçisi ötən gecə “Valyadolid”ə yenilib. Bu da böyük söz-söhbətlərə səbəb olub.

“Espanyol”un sabiq prezidenti Xoan Kolyet “Barsa”nı bilərəkdən uduzmaqda ittiham edib. Onun iddiasına görə, Xavinin komandası Kataloniyadakı əzəli rəqibinin elitada qalmaq mübarizəsini çətinləşdirmək üçün matçı “Valyadolid”ə uduzub.O, bu barədə “AS” nəşrinə danışıb:

“Matçı sakitcə izlədim, çünki bilirdim ki, belə olacaq. Məni heç nə təəccübləndirmədi. Xavi qalib gələcəklərini söylədi. Yaxşı, başqa cür deyə bilərdi? Dünən gecə oyundan sonra isə o, artıq komandanın rahat olduğunu dedi, amma matçdan əvvəl bunu hiss etmədimi?

“Barselona” təkcə “Espanyol”a deyil, “Xetafe”, “Kadis”, “Almeriya” və “Selta”ya da zərbə vurdu. Həmin komandaların azarkeşləri baş verənlərdən nəticə çıxarsınlar. Bəs hər şeyi araşdırmağı sevən La Liqa haradadır?”

Exit mobile version