AUT.AZ

Futbol baxımından Türkiyədən geri qalırıq – Rusiyalının etirafı

“Sivasspor” klubunun sabiq futbolçusu Vitali Dyakov Türkiyədəki karyerası haqda danışıb.

Aut.az xəbər verir ki, o, iki ölkənin futbolunu da müqayisə edib.

– Türkiyə “Sivasspor”unda bir il keçirdiniz. Türkiyənin Rusiyadan daha çox futbol ölkəsi olduğu ilə razısınız?

– Yüz faiz, şübhəsiz. Bu gün futbol baxımından Türkiyədən geri qalırıq. Türkiyədə futbol ənənədir, bayramdır. Xüsusilə də derbi günüdürsə, “Qalatasaray”, “Fənər” və ya “Beşiktaş” bir-biri ilə qarşılaşırsa. Oyun günü istənilən şəhərdə istənilən kafeyə gedin, İstanbul və ya yaşadığım Sivas olmasının fərqi yoxdur, hamı futbolla nəfəs alacaq, hamı atributla oturub azarkeşlik edəcək. Türkiyədə, ümumiyyətlə, futbola münasibət bizdən yaxşıdır.

– Türkiyədə məşqçinizlə restorana gedə biləcəyiniz doğrudur?

– Mən Sivasda yaşamışam, çox kiçik bir şəhərdir. Nahar, istirahət edə və ya qəlyan çəkə biləcəyiniz bir və ya iki məkan var. Doğrudan da, orada futbolçular və məşqçilər korpusu bir yerdə otura bilərlər.

Təbii ki, əvvəlcə futbolçuların siqaret çəkməsinə təəccübləndim, amma məşqçi bunu görür və normal davranırdı. Türkiyədə matçdan sonra təhlükəsiz şəkildə qəlyan çəkə bilərsiniz. Rusiyada isə bu mümkün deyil, – GOATS media futbol klubunun müdafiəçisi bildirib.

Aut.az

Exit mobile version